İngiltərənin “Mançester Yunayted” klubu gənc ulduzu Meyson Qrinvudla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 18 yaşlı futbolçu ilə müddəti 2023-ü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. 

Meyson MY-nin öz yetirməsidi. O, əsas komandada 2018-ci ildən çıxış edir. Qrinvud “qırmızı şeytanlar”ın heyətində müxtəlif turnirlər çərçivəsində 13 oyuna çıxıb və 2 qola imza atıb.