MY-dən ayrılan məşqçi Yamayka millisini çalışdıracaq
- 01 Avq 2024 18:00
- 157
İngiltərənin "Mançester Yunayted" klubundan ayrılan məşqçi Stiv Maklaren Yamayka milli komandasını çalışdıracaq.
Rekord.az xəbər verir ki, 63 yaşlı çalışdırıcı son olaraq Premyer Liqa təmsilçisində baş məşqçi Erik ten Haqın köməkçisi funksiyasını yerinə yetirirdi.
O, Yamakya yığması ilə iki illik müqavilə bağlayıb.
Maklaren daha əvvəl Ser Aleks Ferqyusonun köməkçisi olub. "Tvente"nin baş məşqçisi kimi Niderland çempionluğu yaşayıb.