MY-nin futbolçusu rekorda imza atdı
- 08 Noy 2019 17:43
- 816
“Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Partizan”ı məğlub edib – 3:0.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada 90 dəqiqə forma geyinən “qırmızı şeytanlar”ın futbolçusu Meyson Qrinvud rekorda imza atıb.
Belə ki, o, “Partizan”la görüşdə bir qol vurub, eyni sayda da məhsuldar ötürmə edib.
İngilis hücumçu bununla da, “Mançester Yunayted”in avrokuboklarda qol vuran ən gənc futbolçusu olub. Qrinvud “Partizan”la oyunda fərqlənən zaman 18 yaş 37 günlük idi.