Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Luiş Nani Bakıya gəlişi ilə bağlı paylaşım edib.


Rekord.az xəbər verir ki, o, paytaxtda çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.


Ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.