İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Neapol təmsilçisinin müdafiəçisi Kalidu Kulibali A Seriyasının 16-cı turu çərçivəsində keçirilmiş “Parma” ilə oyunda zədələnib.

Seneqallı futbolçu bu oyuna start heyətdə başlasa da, matçın əvvəlindəcə aldığı zədə səbəbindən 5-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mərkəz müdafiəçisinin sağ bud əzələsində yaranan problem onun ən azı bu il meydana çıxmasına imkan verməyəcək. Futbolçunun ən yaxşı halda gələn ilin yanvar ayında sıraya dönməsi ehtimal olunur.

Qeyd edək ki, cari mövsümdə uğursuz çıxış edən “Napoli” yeni baş məşqçisi Cennaro Qattuzonun rəhbərliyi altındakı ilk oyununda da “Parma”ya 1:2 hesabıyla uduzub.