İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Napoli”dən Lorentso Tonellini heyətinə qatıb.

Bu barədə “Sampdoriya”nın rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Sampdoriya”nın formasını geyinəcək.

“Ağ-göylər” mövsümün sonunda 2,5 milyon avro ödəməklə Tonellinin transfer hüquqlarına sahib ola bilər.

2016-cı ildən “Napoli”də çıxış edən müdafiəçi, ötən mövsümü də icarə əsasında “Sampdoriya”da keçirmişdi.