İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə muxtar respublika birinciliyi keçirilir.

Rekord.az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü bokçuları əhatə edən yarışda 14 çəki dərəcəsi üzrə 60 idmançı mükafatlar uğrunda mübarizə aparır.

Üç gün davam edəcək birinciliyin sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyasının birgə təşkil etdiyi yarış boksun regionda inkişafı, idmançıların döyüş təcrübəsinin artırılması, perspektivlilərin aşkara çıxarılması və yığma komandaya cəlbinə xidmət edir.

Əlavə edək ki, yarışda uğurlu nəticəyə imza atan boksçular növbəti ilin əvvəlinə planlaşdırılan yeniyetmələrin Azərbaycan birinciliyində Naxçıvanı təmsil etmək hüququ əldə edəcək.