Naxçıvan karateçiləri açıq turnirdə 28 medal qazanıb
- 28 İyn 2023 12:20
- 318
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş karate üzrə açıq turnir keçirilib.
Rekord.az xəbər verir ki, paytaxt Bakıdan, habelə ölkəmizin regionlarından 1000-ə yaxın idmançının qatıldığı turnirdə 3 gün ərzində kata, kumite və komanda-kumite yarışları keçirilib.
Naxçıvandan Naxçıvan Karate Federasiyasının məşqçiləri Taryel Bağırov və Nicat Allahverdiyevin rəhbərliyi ilə 18 idmançı qatılıb.
Naxçıvanlılar 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla, ümumilikdə 28 medal qazanıb.Aysu Abbasova 2 qızıl medala layiq görülüb. Məlahət Həşimli Fatimə Bağırzadə və Həşim Nağızadə də birincilik sevinci yaşayıb.