
“Naxçıvan” üzərindəki qələbə bizə asan başa gəlmədi”
- 11:30
- 48
"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a qalib gələrək yarımfinala yüksəldikləri oyunu dəyərləndirib.
Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.
O, 78:73 hesablı qələbədən məmnun olduqlarını bildirib:
"Pley-in görüşlərindən bu yana çox yaxşı mübarizə aparırıq. İşimiz çətin idi. İlk oyunu uduzmuşduq. Bu qələbə asan başa gəlmədi. Oyunçularımı təbrik edirəm. Konsentrasiyanı itirmədilər. Sona qədər mübarizə apardılar. Bu cür matçlarda məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir. Gərgin məqamlarda pozitiv olmağa çalışdıq. Sonda bacardıq. Hazırda çox yorğunuq. Yarımfinalın ilk oyununa qədər vaxt azdır. İstiahət edib, dərhal növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, bu gün baş tutan pley-off mərhələsinin üçüncü matçında "Abşeron" "Naxçıvan"a qalib gəlib. Bunadək tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə etmişdilər. Naxçıvan təmsilçisi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.