Naxçıvanda 10 və 14 yaşadək şahmatçılar arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş şahmat üzrə Kəngərli rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, uşaq-gənclər şahmat məktəbində təşkil olunan yarışda 37 şahmatçı iştirak edib. İlk üç yerin sahiblərinə diplom təqdim edilib.

 

Sıralama:

 U14 

1-ci yer: Sara Rzayeva

2-ci yer: Elton Hüseynzadə

3-cü yer: Mustafa Bəylərli

 U10 

1-ci yer: Hüseyn Kərimli

2-ci yer: Rza Vəliyev

3-cü yer: Seyid Seyidov