Dünən ümummili lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tanınmış Azərbaycan pəhləvanı Əliyar Musayevin pəhləvanlıq proqramı nümayiş olunub.

Rekord.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dəmiryol Vağzalının dəstəyi ilə keçirilən tədbirdə xalq pəhləvanı ümumi çəkisi 50 tona yaxın 2 qatar vaqonunu çeçələ barmaqları ilə dartmağa nail olub. Bundan əlavə, pəhləvan müxtəlif güc hərəkətləri ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov gənclərin sağlam həyat tərzinə təşviqi baxımından pəhləvanın xidmətlərini yüksək qiymətləndirib, ona təşəkkürünü ifadə edib. Nazir müavini Əliyar Musayevə fəxri fərman və hədiyyə təqdim edib.