“Naxçıvan” amerikalı basketbolçu Jaja Deyvis ilə anlaşıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
195 sm boya malik 30 yaşlı basketbolçu son olaraq “Abşeron”da forma geyinib.