İlham Əliyev adına Olimpiya İdman Kompleksində kadetlər arasında ölkə birinciliyinin Naxçıvan Muxtar Respublikası üzrə zona yarışı keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 17 çəki dərəcəsi üzrə 45 idmançı qələbə uğrunda mübarizə aparıb.

Qalib idmançılar ölkə birinciliyində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Boks Federasiyasının ümumi rəhbərliyi ilə keçirilən zona birinciliklərinin məqsədi boks idman növünün ölkə ərazisində təbliği, inkişafı, kadetlərdən ibarət milli komandanın tərkibinin müəyyənləşdirilməsi və beynəlxalq yarışlara hazırlanmasından ibarətdir.