Naxçıvanda cüdo üzrə şəhər birinciliyi keçirilib
- 08 Fev 2023 15:49
- 424
İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2009-2011-ci il təvəllüdlü oğlan və qızlar arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Naxçıvan Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 10 çəki dərəcəsi üzrə 38 idmançı mübarizə aparıb.
Nəticələrə əsasən oğlanlar arasında Əsgər Yaqublu (30 kq), Elvin Cəfərov (34 kq), Əliislam Səfərli (38 kq), Sinan Məhərrəmli (42 kq), Vüsal Abbasov (46 kq), Rauf Cəfərov (50 kq), Məhəmməd Mədətli (55 kq), Asim Əliyev (66 kq), qızlar arasında isə Ləman Bağırova (28 kq) və Nailə Mustafazadə (48 kq) çəki dərəcələrində birinci yerə layiq görülüblər.
İlk üç yerin sahibləri diplom və medalla mükafatlandırılıb.