Naxçıvanda daha bir idman tədbiri keçirilib
- 08 Noy 2023 11:45
- 262
Heydər Əliyev İli çərçivəsində yeniyetmə oğlanlar və qızlar arasında Zəfər Gününə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliklərində bu gün final görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə tamaşaçılar qızlarda “Sədərək”-“Ordubad” (2:0), oğlanlarda isə “Şərur”-“Culfa” (2:0) finalını izləyiblər.
Sonra ilk üç yerin sahibləri və fərqlənən voleybolçular diplom, fəxri fərman, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev təqdim ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və NVF-nın birgə təşkilatçılığı ilə oktyabrın 30-da start götürən yarışlara ümumilikdə 16 komanda qatılıb.