“Heydər Əliyev İli” çərçivəsində 12 yaşadək yeniyetmələr arasında şahmat üzrə Kəngərli rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, ümummilli liderin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarış Uşaq-gənclər şahmat məktəbində reallaşıb.

Mükafatçılar 51 iştirakçı arasında İsveçrə sistemi üzrə 6 turdan ibarət mübarizənin sonunda müəyyənləşib. İlk üç yerin sahibləri diplomla təltif edilib.

Nəticələr:

Oğlanlar 

1-ci yer: Mustafa Bəylərov

2-ci yer: Zülfüqar Əliyev

3-cü yer: Səməd Əlizadə

 

 Qızlar 

1-ci yer: Bəyim Hüseynzadə

2-ci yer: İlkay Əhmədli

3-cü yer: Mədinə Rzayeva

 

10 yaşadək şahmatçılar 

1-ci yer: Tunar Hüseynzadə

2-ci yer: Rza Vəliyev

3-cü yer: Mehdi Qasımlı