Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-yə məxsus “Misli” brendi Naxçıvan Muxtar Respublikasında faəliyyətə başlayıb. 


Yarandığı gündən ölkə ərazisində əhatə dairəsini genişləndirən “Misli”nin Naxçıvan şəhərində 4 yeni məntəqəsi istifadəyə verilib. Məntəqələr şəhərin Ə. Əliyev küçəsi 20, H.Əliyev prospekti 40, Babək məhəlləsi bina 9 və İstiqlal küçəsi bina 115, mənzil 1  ünvanında yerləşir. 
Naxçıvanda məntəqələrin açılış mərasimində çıxış edən “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu fəaliyyətin uğurlu olacağına inamını ifadə edib: 


“Naxçıvanda ilk rəsmi mərc operatoru məntəqəsinin - “Misli” və “Azərlotereya” olaraq açılışı səbəbi ilə burada olduğumuz üçün çox şadıq. Naxçıvana gəldiyimizdən bəri burada böyük potensial, böyük inkişaf gördük. Ortaqlarımızla birgə etdiyimiz bu sərmayənin Naxçıvanda həm biznesin, həm idman oyunlarının inkişafına, həm də ticarətin inkişafına faydalı olacağına inanıram”.


Qeyd edək ki, ölkə ərazisində 180-nə yaxın “Misli” məntəqəsi fəaliyyət göstərir. “Misli” məntəqələrində futbol, basketbol, xokkey, tennis və digər fərqli idman oyunları ilə bağlı təxminlərinizi edə bilərsiniz. Virtual idmana da mərc etmək yalnız “Misli”də mümkündür. Burada həmçinin ani və tirajlı lotereyaların satışı ilə yanaşı,  “Ekspres Keno” oyununda hər 5 dəqiqədən bir 1 000 000 manat qazanmaq şansı təqdim olunur.  913 072 manatlıq tarixi cekpotun qazanıldığı “4+4” tirajlı lotereya biletlərini də “Misli” məntəqələrində əldə etmək mümkündür. Hazırda “4+4”də 500 000 manatdan böyük cekpot şanslı qalibini gözləyir.