Naxçıvandakı İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar qadınlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 20-30 yaşlı qadınlar arasında Səidə İbrahimli, İlahə Quliyeva, 30 yaşdan yuxarı qadınlar arasında isə Humay Tağıyeva, Məhsəti Rzayeva və Ülviyyə İsgəndərova müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Sonda hər yaş qrupunda yer tutan iştirakçılara diplom təqdim edilib.