Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun birgə tədbirlər planı çərçivəsində 10-17 Noyabr–Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı ardıcıl tədbirlər keçirilir.

Rekord.az xəbər verir ki, dünən Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında arasında badminton birinciliyi reallaşıb.

NDU tələbəsi Əminə Hüseynova bütün rəqiblərini üstələyərək birinci yerə sahib çıxıb.

Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı tədbirlərə noyabrın 16-da yekun vurulacaq.