Naxçıvanlı atletlərdən uğurlu nəticə
- 10 Fev 2023 14:15
- 386
Bakı şəhərində 18 yaşadək idmançıların Qış Azərbaycan Birinciliyi keçirilib. Respublika Olimpiya Mərkəzində reallaşan yarışda idmançılar 60, 200, 400, 800,1500, 3000 metr məsafələrə qaçış, 4x200 metr estafet qaçışı, uzunluğa tullanma, hündürlüyə tullanma və nüvə itələmə növləri üzrə yarışıblar.
Rekord.az xəbər verir ki, birincilikdə Naxçıvanı təmsil edən atletlər uğurlu nəticələrə nail olublar.
Naxçıvan Atletika Federasiyasının idmançılarından Aysu Abbasova və Onur Bayramov mükafatçılar sırasına düşə bilib.
Son illər ölkə birinciliklərində ardıcıl nailiyyətlərə imza ataraq diqqətləri üzərinə çəkən 14 yaşlı Aysu Abbasova 1500 metr məsafəyə qaçışda 5 dəqiqə 52.53 saniyəlik göstərici ilə qalib olub. Sədərək rayonundan olan Naxçıvan təmsilçisi isə 800 metr məsafədə (2:52.55) ikinci olmaqla, yarışı bir qızıl və bir gümüş medalla tamamlayıb. Onur Babayev isə 60 metr məsafədə sprinterlərin mübarizəsinə qatılıb. İlk dəfə ölkə miqyaslı yarışda iştirak edən Onur finişə ikinci çataraq gümüş medala layiq görülüb.
Əlavə edək ki, Bakı şəhərində məskunlaşa Kamran Məmmədov isə Naxçıvanı təmsil edən atlet kimi 400 metr məsafədə ikinci olub.