Nazarovlu “Ertsgebirge” məşqlərə başladı
- 16 Apr 2020 20:00
- 996
Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” məşqləri bərpa edib.
Rekord.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Aue təmsilçisi uzun fasilənin ardından çalışmalara başlayıb. Hazırlıqlar məşqçilər heyətinin tətbiq etdiyi xüsusi proqramla davam etdirilir. Məşq zamanı futboçuların ara məsafəsini qoruyacağı və həkimlərin nəzarətində olacaqları qeyd edilib.
Bununla yanaşı, açıqlamada çempionatın mayın sonunda başlayacağı və görüşlərin azarkeşsiz keçiriləcəyinin ehtimal edildiyi vurğulanıb.