Nazim Süleymanov təxribatla üzləşdi: tərəfdarları AFFA-nı günahlandırdı
- 24 Yan 2020 20:52
- 1321
AFFA Həmkarlar İttifaqının bu gün "Altus" otelində keçirilməli olan mətbuat konfransı baş tutmayıb.
Rekord.az xəbər verir ki, buna otel rəhbərliyinin yığıncağın təşkilinə sahibliyi etməkdən boyun qaçırması səbəb olub. Halbuki öncədən razılı əldə oulnmş və otelə beh də ödənilmişdi. Texniki problemi əsas gətirən rəhbərlik bildirib ki, konfrans üçün ayrılan otagı su basıb, mətbuat konfransı keçirmək üçün şərait yoxdur. İttifaq üzvləri otaga baxma istəsələr də onlara bu imkan yaradılmayıb.
Onlar otellə bağlı problemin yaranmasında birbaşa AFFA-nın rolu olduğunu deyib. Nazim Süleymanov da heç bir texniki nasazlığın olmadığını və bunun AFFA-nın təzyiqi ilə əlaqəli olduğunu deyib.
Bütün bnlara baxmyaraq mətbuat konfransı başqa məkanda baş tutub.