Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul etdi
- 25 İyl 2022 23:50
- 461
Gənclər və idman naziri Fərid Qayıbov üzgüçülük üzrə gənclər arasında Avropa çempionatının bürünc medalçısı Ramil Vəlizadəni və Ümumdünya Oyunlarının kikboksinq yarışlarının qalibi Bəhram Rəcəbzadəni qəbul edib.
Rekord.az xəbər verir ki, Qayıbov uğurlu çıxışları münasibətilə hər iki idmançıya təbriklərini çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycanın üzgüçülük idmanı tarxində ilk dəfə qitə çempionatı medalının qazanılması böyük nailiyyətdir. Rəcəbzadənin Ümundünya Oyunlarında qızıl medal qazanmasının da böyük uğur olduğunu bildirən F.Qayıbov hər iki idmançıya qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən idmançılar qazandıqları uğur və yarışlara hazırlıq prosesi barədə məlumat veriblər. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov naziri qarşıdakı yarışlar və əsas hədəflərlə bağlı məlumatlandırıb.