Nazir daha bir federasiyanın fəaliyyəti ilə tanış oldu
- 09 Dek 2021 19:20
- 522
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Stolüstü Tennis Federasiyasında olub.
Rekord.az xəbər verir ki, federasiyanın fəaliyyəti ilə tanış olan Qayıbov idmançıların məşq proseslərini izləyib, onlarla söhbət edib və məşqçilərlə fikir mübadiləsi aparıb.
Federasiyanın vitse-prezidenti Fazil Məmmədov qarşıdakı yarışlar, hazırlıq və gələcək iş planı barədə nazirə məlumat verib. Yığma üzvləri üçün yaradılmış şəraitlə tanışlıqdan sonra Qayıbov bir sıra tövsiyələr verib və idmançılara uğurlar arzulayıb.
Federasiya üzvləri ilə görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.