Məlum olduğu kimi, gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Gəncə stadionuna baş çəkib.

Rekord.az xəbər verir ki, onun bu səfərindən sonra gəncəlilərdə arena ilə bağlı ümid işığı yaranıb.

Lakin saytımıza daxil olan məlumata görə, nazirin qəfil səfəri tezliklə Gəncə stadionunda yenidənqurma işlərininin başlayacağına işarə deyil. Qayıbov sadəcə, göstəriş verib ki, stadion üçün hansı layihə məqbuldu və arenaya normal əl gəzdirmək üçün nə qədər vəsait tələb olunur, bu haqda məlumatları toplayıb ona təqdim etsinlər.