Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Naxçıvan Boks Federasiyasının rəsmiləri, məşqçiləri və idmançılarla görüşüb.

Rekord.az xəbər verir ki, Naxçıvan MR-da boks idman növünün inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, kütləviliyinə nail olunması ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidov da iştirak edib.