Nazir Voleybol Mərkəzi ilə tanış olub
- 09 İyn 2022 11:10
- 607
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Dərnəgüldə yerləşən Voleybol Mərkəzində olub. "Rekord.az" xəbər verir ki, görüşdə nazirin müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, AVF-nin vitse-prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak ediblər.
Nazirə idman qurğusu barədə məlumat verilib. Bildirilib ki, bu arena ölkə voleybolunun inkişafında böyük əhəmiyyətə malikdir. Burada istənilən səviyyəli oyunların keçirilməsi üçün hər cür şəraitin olduğu qeyd edilib.
Görüş zamanı, həmçinin ölkə voleybolunun inkişafı istiqamətində görülməli olan işlər müzakirə olunub.