Nazirdən olimpiada ilə bağlı mühüm açıqlama
- 19 Okt 2020 16:00
- 839
Yaponiyanın baş naziri Yosixide Suqa Tokio-2020 Yay Olimpiya Oyunlarının nəyin bahasına olursa-olsun keçiriləcəyini bildirib.
Rekord.az xəbər verir ki, 1 ay əvvəl bu vəzifəyə təyin olunmuş dövlət rəsmisi yarışın ləğv olunmayacağını açıqlayıb.
O, növbəti dəfə koronavirus pandemiyası ilə əlaqədar Oyunların bütün təhlükəsizlik qaydalarına uyğun təşkili variantını müdafiə edib.
Amma baş nazirin dəfələrlə verdiyi açıqlamaya baxmayaraq, Tokio qubernatoru Yuriko Koike və Təşkilat Komitəsinin sədri Yosiro Mori Oyunların ləğvi variantını hələ də istisna etmir.
2021-ci ilə təxirə salınan Tokio olimpiadası 23 iyul - 8 avqust da keçirilməlidir.