Nazirlik Bakıda daha bir tədbir keçirdi
- 28 Sen 2022 22:35
- 667
Sentyabrın 28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Be active" tədbiri keçirilib. "Rekord.az" xəbər verir ki, tədbir Avropa İdman Həftəsi çərçivəsində baş tutub.
Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə müxtəlif idman növləri ilə yanaşı, voleybola aid elementlər də nümayiş olunub.
Tədbirdə gənc qız və oğlan voleybolçularımız, eləcə də veteran voleybolçularımız Alla Həsənova, Oksana Məmmədyarova, Eldar Əliyev, Cəlil Baxtiozin də iştirak ediblər. Təcrübəli mütəxəssislərimiz voleybol üçün ayrılmış xüsusi ərazidə bu idman növünə aid elementləri nümayiş etdirib, həmçinin iştirakçılara voleybol haqqında məlumat veriliblər.