Nəbi İsgəndərov də AÇ-də üçüncü oldu
- 20 Mar 2022 23:30
- 855
Azərbaycan millisi Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci medalını rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, komandamızın aktivinə növbəti bürünc mükafatı Nəbi İsgəndərov (67 kq) əlavə edib.
O, yarımfinalda uduzduğundan Avropa çempionatını 3-cü yerdə başa vurub.
Qeyd edək ki, İsgəndərovdan öncə Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) finala yüksəlib. Cəlal Qurbanov (63,5 kq) isə yarışı bürünc medalla bitirib.