Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala güləş zalında "26 iyul - Gənclər və İdman Nazirliyinin yaranma günü"nün 30-cu ildönümü ilə əlaqədar sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, 42 nəfər idmançının mübarizə apardığı birincilikdə müxtəlif çəki dərəcələrində I, II və III yerə layiq görülənlər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən müvafiq diplomlarla təltif edilib.