Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, “ağ-qaralar” Polşanın “Qurnik” komandası ilə qarşılaşıb.

Bu oyuna Bakı vaxtı ilə saat 16:00-da start verilməli idi. Lakin matç əvvəlcədən nəzərdə tutulduğu vaxtda başlamayıb. Buna matça təyin olunan hakimlər briqadasının gecikməsi səbəb olub. Nəticədə görüş 22 dəqiqə gec başlayıb.

Qarşılaşma isə “Neftçi”nin qələbəsiylə yekunlaşıb. “Ağ-qaralar” minimal hesabla üstün olublar. 

Bu görüşdə Bakı təmsilçisinin müdafiəçisi Huqo Basto zədələnib. O, çiynindən xəsarət alıb. İlk hissədə zədələnən 29 yaşlı oyunçu fasilədə Mərt Çəliklə əvəzlənib.

Xatırladaq ki, “Neftçi” Antalyadakı ilk matçında Macarıstan “Kişvarda”sı ilə 2:2, ardından Polşanın “Visla” (Plotsk) komandası ilə isə 1:1 hesablı heç-heçə edib.

Yoxlama oyunu
24 yanvar

Neftçi – Qurnik 1:0
Qol: Emin Mahmudov, 53.