
“Neftçi” “Araz-Naxçıvan”la oyuna hazırlığı başa vurdu
- 28 Mar 2025 21:45
- 100
“Neftçi” Misli Premyer Liqasının 28-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan”la matçın hazırlığını yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, komanda bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.
Martın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16:45-də başlanacaq.