“Neftçi” Bordini əslində bu səbəbə görə qovub ÖZƏL!
- 21 Yan 2020 17:00
- 1812
Roberto Bordinin “Neftçi”dən göndərilməsi səbəbi kimi nəticələr göstərilsə də, əslində heç də belə deyil. Baxmayaraq ki, klub bunu bu cür izah edir və xüsulilə də kubokdakı uğursuzluğu qabardır.
Ancaq belə olsaydı, italiyalı mütəxəssis dekabrda göndərilər, qərar Antalya toplanışının sonuna bir neçə gün qalmışa qədər saxlanmazdı.
Rekord.az-a daxil olan məlumata görə, Bordinin gedişinin əsas səbəbi onun xarakteridir.
Belə ki, italiyalı məşqçi son zamanlar komanda daxilində olan nüfuzunu və etibarını tamam itirmişdi. Aparıcı futbolçularla dil tapa bilmir, onlarla konfliktə girirdi. Dario Federiko məhz Bordinə görə “Neftçi”dən getmək istəyirdi, Stiven Monroz da məhz baş məşqçi ilə aralarındakı soyuqluğa görə düşərgəyə xeyli gec qoşuldu. Bununla yanaşı, kapitan Emin Mahmudov və Platellasın da Bordinlə isti münasibəti yox idi. Bütün bunları görən rəhbərlik, baş məşqçi ilə bu məsələni müzakirə edib və bu vəziyyətdə onunla yola davam etməyin mümkünsüzlüyünü ona bildirib. Bundan sonra kompensasiya məsələsində razılıq əldə olunub və yollar ayrılıb.