“Neftçi” hazırlığın ilk hissəsini başa vurdu, sabah Türkiyəyə gedir
- 10 Yan 2020 18:40
- 777
“Neftçi” mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsini başa vurub.
Rekord.az xəbər verir ki, hazırlıq proqramına uyğun olaraq bu gün səhər fitnes zalında məşq edən komanda üzvləri axşam hazırlığını bazada keçib.
Səhər məşqində əsasən fiziki yükləmələri yerinə yetirən futbolçular axşam məşqində toplu çalışmalar edib.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsini keçməkdən ötrü sabah səhər Türkiyəyə yola düşəcək “Neftçi” qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də “LKS Lodz” (Polşa), 20-də Ukraynanın “Dinamo” (Kiyev), 24-də isə “Desna” klubu ilə qarşılaşacaq.