“Neftçi” ilə oyuna qədər tam hazır olmaq istəyirik”
- 05 Okt 2024 18:00
- 205
"Naxçıvan" basketbol komandasının baş məşqçisi Murat Dikmen yeni mövsümə hazırlıqla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis bunları söyləyib:
"Artıq 2 həftədir bütün komanda olaraq hazırlıqlarımızı davam etdiririk. Yeni yerli və legionerlərlə birlikdə bambaşqa bir komanda olduq. Ötən ilki əsas heyətdən yalnız Cordon Perkins bizimlə birlikdədir. Bu mövsüm daha fərqli basketbol sərgiləyəcəyik. Komanda olaraq daha sürətli oyuna üstünlük verəcəyik. Oyunçularımın hazırlıqlarından razıyam. "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik. Komandamızın həm hücum, həm də müdafiə sisteminin möhkəmlənməsi üçün zamana ehtiyacı var. Qarşıdakı günlərdə yeni oyunçu transfer etmək istəyirik. Bütün kollektivimizdən razıyam".
"Naxçıvan" Azərbaycan çempionatının I turunda oktyabrın 18-də "Neftçi" ilə qarşılaşacaq.