“Neftçi” ilə “Sabah” basketbol çempionatında oynaya bilər
- 17 May 2022 15:42
- 650
“Qeyri-adi bir şey baş verməsə, ölkə çempionatını oktyabrda başlamağı planlaşdırırıq”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.
Federasiyanın təşkil etdiyi “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri, Azərbaycan çempionatının başlayacağı vaxt barədə də danışıb:
“Hazırda böyük ehtimalla, “Neftçi” və “Sabah” klubları bizə maraqlarını ifadə ediblər. Bu, həm klublar, həm federasiya üçün yenidir.
6-8 komandanın iştirakı ilə oktyabrda ölkə çempionatının təşkilini mümkün sayırıq. Rəqabətli çempionatın olması üçün əlimizdən gələni edəcəyik. Tələsmədən, keyfiyyətə xələl vurmadan yarış keçirəcəyik. Amma çempionat son məqsəd deyil. Azarkeşlərsiz, komandaları dəstəkləməyən yarış keçirmək doğru olmaz. İstəyirik ki, ən azı bir-iki güclü klubumuz olsun. Prosesi addım-addım, dayanıqlı şəkildə aparmalıyıq”.