Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Keşlə” oyununun biletləri satışa çıxarılıb.

Rekord.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar sabah saat 18:00-dək, oyun günü isə 18:30-dək işləyəcək.

Qeyd edək ki, sentyabrın 19-da "Bakcell Arena”da keçiriləcək bu oyuna saat 18:30-da start veriləcək.