"Neftçi" klubu Kilan Lebonla yolları ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


2023-cü ilin yanvarından "Neftçi"də forma geyinən Lebon bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub.