“Neftçi” kimi tarixi zəngin olan böyük klubda olmaq çox böyük hissdir”
- 22 Yan 2025 22:10
- 41
“Sabah”dan ayrılan Elvin Camalov “Neftçi” ilə müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, yeni klubu ilə 1,5+1 il şərti ilə müqavilə bağlayan Camalov “Neftçi”nin saytına açıqlama verib:
“Əlbəttə, “Neftçi” kimi tarixi zəngin olan böyük klubda olmaq çox böyük hissdir. Təbii ki, çox həyəcanlıdır. İnşallah, çox ümid edirəm ki, bu həyəcanı yenib komanda üçün faydalı olacam.
Ümid edir və inanıram ki, “Neftçi” daha da yuxarılarda olacaq və bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Daha yaxşı nəticələr qazanmaqda mən də pay sahibi olmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəm.
Hər bir futbolçunun arzusu olduğu kimi, mən də buna nail olduğum üçün sevincliyəm. Burada olmaq böyük bir sevinc olduğu kimi, böyük bir məsuliyyət də tələb edir. Çünki burada azarkeşlərin istəyi, gözləntisi daim yuxarılardır. Mən də buradan azarkeşlərimizə söyləmək istəyirəm ki, dəstəklərini əsirgəməsinlər. İnanıram ki, azarkeşlərimiz də “Neftçi”ni sevdiyi kimi, hər bir futbolçuya qiymət verdiyi kimi, “Neftçi” camiəsinin əsas və sevilən bir futbolçusu olaraq mənə də dəstəklərini davam etdirəcəklər. Çünki “Neftçi” camiədir və burada uğura nail olacağıqsa, birlikdə nail olacağıq.
Hədəfimiz çempionatda oyundan-oyuna üç xalı qazanıb, turnir cədvəlində daha yuxarıya qalxmaq və avrokuboklara vəsiqə üçün daha yaxın yol olan kubokda qalib olmaqdır.
Ümid edirəm ki, azarkeşləri yaxşı oyunumla sevindirərəm”.