Azərbaycan Basketbol Liqasında 22-ci tura start verilib.

Rekord.az xəbər verir ki, turun açılış oyunu “Sərhədçi" İdman Mərkəzində "Neftçi" İK və "AAAF Xırdalan" komandaları arasında baş tutub.

Oyuna üstün başlayan "AAAF Xırdalan" basketbolçuları yekunda rəqibi üzərində 95:83 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Yuri Kondrakov (20 xal, 6 ribaund), "AAAF Xırdalan"dan Endryu Korum (29 xal, 11 ribaund) olublar.

22-ci turun digər oyunları ("Zirvə Astara" - "Sabah", NTD - "Sərhədçi", "Olimpik Şəki" - "Gəncə") 18 və 19 martda keçiriləcək.