Dünənki matçın favoriti "Qarabağ" idi, məlum məsələ. Amma açığını deyim, mən "Neftçi"nin rəqbinə çətin anlar yaşadacağını düşünürdüm. Hətta xal alacağını da istisna eləmirdim. Çünki düşünürdüm ki, Samir Abasov futbolçularını bu oyuna, bu rəqibə kökləyə biləcək İndi kim necə düşünür, bilmirəm, hər kəsin öz düşüncəsi, yanaşması, fikiri ola bilər. Şəxsən mən düşünürəm ki, hesab heç də hər şeyi göstərmir. "Neftçi" ilk qol qədər çox yaxşı futbol oynayırdı. Sadəcə, ilk qol komandanı sındırdı. Bu qolu da birbaşa Yuri Mattiasın vicdanına yazmaq lazımdır. Hər şeyin qaydasında getdiyi, komandanın üstün oynadığı bir dəqiqədə bir mərkəz müdafiəçisi niyə elə hoqqa versin ki? Elə o hoqqa da komandanı sındırdı. Maraqlıdır ki, Mattiasın hoqqaları ikici hissədə də davam etdi və mən deyərdim 2-ci və 3-cü qolda da Mattiasın səhvi var idi. İkinci qol məhz mərkəz müdafiəçisinin cavavdeh olduğu yerdən vuruld. Üçüncü qolda isə onun hərəkərinə izah tapa bilmirəm. Oyundankənar vəziyyət var, ya yox, bunu yan xətt hakimi müəyyənləşdirir. Hətta ofsayd olsa belə, qaydalara görə, hücum başa çatandan sonra bayrağını qaldırmalıdır. Qaldırmasa belə,, VAR var və VAR müdaxilə edəcək. Sən son ana qədər futbolunu oynamalısan. Yoxsa əlini göyə qaldırıb qolu seyriçi gözündə izləmək yolverilməzdi. Daha əvvəl də Mattiasın "Neftçi"lik futbolçu olmadığını demişdim və bu oyunda da sübutunu tapdı.


Digər vacib bir məsələ fiziki hazırlıqla bağlıdır. "Neftçi" futbolçularının fiziki hazırlığı çox aşağıdır. Sanki yayda bu komandaya fiziki hazırlıq məşqi keçilməyib. Qriqorçuk bu baxımdan bir vaqob leşi Samir Abasova təhvil veriv getdir. Hətta məndə olan məlumata görə, Samir "Neftçi"yə yeni gələndə test götürüb və testin nəticələri ötən mövsüm "Sumqayıt"futbolçuarından götürülən test göstəricilərdən 2 dəfə aşağıdır. Burdan hər şey məlumdu. Abasova vaxt verilməli və dəstək olunmalıdır. Çox çətindi, amma Samir bu komandanı bu vəziyyətdən çıxardacaq. "Neftçi" azarkeşlərini də bir qədər səbrli olmağa və komandanı birbaşa tribunadan dəstəkləməyə çağırıram.