"Neftçi" onu satmağa hazırlaşır: 350 min qiymət qoydular
- 15 Noy 2019 12:00
- 1126
"Neftçi" Mamadu Kane ilə bağlı mövqeyini müəyyənləşdirib.
Rekord.az-ın məlumatına görə, paytaxt təmsilçisi qvineyalı yarımmüdafiəçini satmağa hazır olması barədə menecerləri məlumatlandırıb.
Ötən mövsümdən etibarən "ağ-qaralar"ın şərəfini qoruyan 22 yaşlı legionerin satış qiyməti 350 min dollardan başlayır.
Artıq bir neçə xarici klub Kane ilə maraqlanır. Futbolçuya Rusiya, Türkiyə, BƏƏ, İsrail və Ukraynadan təkliflər gəlib.
Afrikalı legioner "Neftçi"nin ən az ödənişli futbolçularından biridir. O, Roberto Bordinin öz seçimi deyil. Baş məşqçi Kaneni idman direktoru Ceyhun Sultanovun təkidi ilə komandaya götürüb. (sportinfo.az)