"Neftçi" oyunlarını yarımçıq bazasında keçirə bilər: xərclərdən azad olmaq üçün
- 09 Mar 2020 13:00
- 897
"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandası növbəti mövsümdən məşqlərini və ev oyunlarını Bakıxanovdakı inşaası tamamlanmamış bazasında keçirə bilər.
Rekord.az xəbər verir ki, "ağ qaralar"ın rəhbərliyi bu məqsədlə AFFA-ya müraciət etmək istəyir.
Səbəb isə əlavə xərcləri azaltmaqdır. Çünki "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları hazırda məşq və oyunlarını müxtəlif stadionlarda keçirirlər ki, bu da klubun büdcəsindən əlavə vəsaitin xərclənməsinə gətirib çıxardır. (cempion.az)