"Neftçi" legioner qapıçı axtarşını davam etdirsə də hələ ki, istədiyini əldə edə bilmir.

Rekord.az-a daxil olan məlumata görə, bu günə qədər iki qapıçı ilə söhbət olsa da, maddi məsələlərdə razılığa gəlmək mümkün olmayıb.

Çünki qarşı tərəfin tələb etdiyi məbləğ "Neftçi"nin büdcəsin uyğun olmayıb. Buna baxmayaraq, axtarışlar dava edir və rəhbrlik dekabrın sonuna kimi legioner qapıçı məsələsinə nöqtə qoymağı planlaşdırır.