Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

“Neftçi-2” – “Qarabağ-2” görüşündə qalib müəyyənləşməyib – 2:2. “Zaqatala” səfərdə “Qaradağ Lökbatan”ı darmadağın edib. Lider “Səbail-2” isə “Zirə-2” ilə qolsuz bərabərə qalıb.

Birinci Divizion
19-cu tur

12 mart

Turan Tovuz – Keşlə-2 1:0
Qol: Səbayıl Bağırov, 90+1.
Hakimlər: Rövşən Rəcəbov, Pərvin Talıbov, Elman Kərimov, Rəhim Həsənov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.

Kəpəz – Sabah-2 1:0
Qol: Elcan Rəhimov, 42.
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.

13 mart

Neftçi-2 – Qarabağ-2 2:2
Qol: Elnur Süleymanov, 7-pen. Asim Əlizadə, 50 – Musa Qurbanlı, 9. Kamran Məmmədov, 35.
Qırmızı vərəqə: İbrahim Hüseynov, 6 (“Qarabağ-2”).
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov.
“ASK Arena”.

Qaradağ Lökbatan – Zaqatala 1:7
Qol: Xaliq İbrahimov, 38-pen – Xəyal Əmirli, 9. Roini İsmayılov, 62; 69. Famil Camalov, 65-pen; 77. Bəhruz Teymurov, 89. Maqsud Ələkbərov, 90+5.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Rəhman İmami, Tural Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

Səbail-2 – Zirə-2 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kərim Zeynalov, Elçin Məsiyev.
“ASCO Arena”.

Qeyd: “Ağsu” komandası turnirdən kənarlaşdırıldığı üçün MOİK – “Ağsu” matçı keçirilməyəcək.