“Neftçi” Qəbələ toplanışını başa vurdu
- 17:00
- 44
“Neftçi”nin Qəbələdəki təlim-məşq toplanışı başa çatıb.
Rekord.az xəbər verir ki, “ağ-qaralar” ötən gün - toplanışın 6-cı günündə iki məşqə çıxıblar.
Səhər hazırlığını fitnes zalında keçirən komandanın üzvləri axşam məşqində toplu və taktiki çalışmaları yerinə yetiriblər. “Neftçi” bu gün səhər bərpa məşqi edəndən sonra Bakıya qayıdıb.
Qeyd edək ki, komanda bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlanacaq.