Kişi voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqanın 2-ci turundan təxirə salınmış qarşılaşma çərçivəsində “Neftçi” və “Xarıbülbül” üz-üzə gəliblər.

Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarı bülbül”ün üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20. 

Beləliklə, “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. Hesabında 6 xal olan “Xarıbülbül” 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3 xalla 3-cü yerdədir. Xalı olmayan MOİK isə sonuncu pilləni tutur. 

31 yanvar
Yüksək Liqa
II tur ( təxirə salınan oyun)

   “Neftçi”- “Xarıbülbül” 0:3 (21:25, 23:25, 20:25)