Voleybol üzrə ölkə çempionatında kişilərin mübarizəsində növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 3-cü turu çərçivəsində "Neftçi" və "MOİK" klubları qarşılaşıblar.

Voleybol Mərkəzində baş tutan görüş gözlənildiyi kimi “Neftçi”nin üstünlüyü ilə keçib. klubu MOİK-lə üz-üzə gəlib. İlk setdən təşəbbüsə yiyələnən Pərviz Səmədovun yetirmələri rəqibə heç bir şans verməyiblər. 3 hissə davam edən matçda "Neftçi" quru hesablı qələbəni bayram edib.

Beləliklə, ilk xallarını qazanan “Neftçi” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Aktivində 6 xalı olan  “Murov” birinci, 3  xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq 2-ci yerdədir. Aktivində xal olmayan "MOİK" isə sonuncudur.

Xatırladaq ki, III turun sabah keçiriləcək son oyununda "Murov" və "Xarıbülbül" komandaları üz-üzə gələcəklər. Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. II turdan təxirə salınmış "Xarıbülbül" - "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

26 yanvar
Yüksək Liqa
III tur

   “Neftçi” - "MOİK" 3:0 (25:19, 25:19, 25:15)