“Neftçi”nin qvineyalı legioneri Mamadu Kane ilə rəhbərlik arasında ciddi fikir ayrılığı yaranıb.

Rekord.az xəbər verir ki, yarımmüdafiəçi növbəti dəfə maaşının artırılması tələbini irəli sürüb.

1997-ci il təvəllüdlü afrikalı indi 10 min dolların üstündə əməkhaqqı istəyir. Kane bir sıra ölkələrdən təkliflər aldığını, əvvəlki şərtlərlə burada qalmağın ona sərf etmədiyini bildirib.

2018-ci ildən “Neftçi”nin şərəfini qoruyan Qvineya yığmasının üzvü Türkiyə başda olmaqla, Avropa klublarından dəvətlər gəldiyini söyləyib. (sportinfo.az)